İlham Yadullayev Bakı klubundan ayrılır? Açıqlama

11.06.2026

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

1-ci Liqa təmsilçisi MOİK-də baş məşqçi dəyişikliyi reallaşa bilər.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı klubu İlham Yadullayevlə ayrılmağı planlaşdırır. 

50 yaşlı mütəxəssis saytımıza açıqlamasında məsələyə belə aydınlıq gətirib: 

"Əslində, klubla müqaviləmin müddəti başa çatıb. Amma mənə ayrıldıqlarını deməyiblər. Ümumi danışığımızda yaxında yekun qərarı bildirəcəklərini çatdırdılar. Güman edirəm ki, gələn həftə məsələyə aydınlıq gələr. Yeni məşqçi axtarırlar? Ola bilsin dediyiniz kimidir, amma mənə ayrılıq barədə konkret nəsə bildirilməyib".

Qeyd edək ki, İlham Yadullayev ötən yaydan MOİK-i çalışdırır. "Hərbçilər" 1-ci Liqada mövsümü 6-cı yerdə başa vurublar.

Mirağa   

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью