Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
Futbol üzrə Azərbaycan millilərinin durumu hər ötən gün daha da acınacaqlı hal alır. Əsas yığmadan onsuz da əlimizi üzmüşük.
Elə bir aşağı yaş qrupumuz da yoxdur ki, deyək burda müəyyən uğurlarımız var, gücü ora verək.
Uğur bir kənara, gələcəyə az da olsa ümid verən komanda da yoxdur.
Sanki yığmaların var olma səbəbi federasiya hesabına uşaqları gəzintiyə çıxarmaqdır.
Nə qədər ki, yeyib-içməyə hesablanan heyət seçimi olacaq, millilərdən uğur gözləməyə dəyməz. U-17-də isə daha qəribə hadisələr baş verir.
Eşitdiklərim və gördüklərim əsasında deyə bilərəm ki, yaşanan hadisələr futbolumuzun belini bükən şeylərdir.
Ümumi baxsaq, bəlkə də həmin komanda yığmalarımızın içərisində ən çox ümid verənidir.