İlham Yadullayevin müqaviləsinin müddəti uzadılıb

03.02.2025

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının (2008-ci il təvəllüd) baş məşqçisi İlham Yadullayevin müqaviləsinin müddəti uzadılıb.

SİA xəbər verir ki, bu barədə qərar AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında qəbul olunub.

Yığmanın “UEFA İnkişaf Turniri – 2025”də iştirakı ilə əlaqədar sözləşmənin müddəti mayın 1-dək artırılıb.

Digər yaş qrupları üzrə milli komandaların baş məşqçilərinin təyinatı komitənin növbəti iclasında müzakirə olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью