İlham Zəkiyev çağdaş paracüdo əfsanəsidir

19.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Beynəlxalq Cüdo Federasiyası Almaniyanın Heydelberq şəhərində keçirilən paracüdo üzrə Avropa çempionatının yekunları ilə bağlı yayımladığı məqalədə Azərbaycan paracüdoçusu İlham Zəkiyevin tarixi uğurunu turnirin əsas simvolik məqamlarından biri kimi qiymətləndirib.

Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, məqalədə diqqətə çatdırılır ki, çempionatın ikinci günündən yaddaqalan ən diqqətçəkən məqamlardan biri İlham Zəkiyevin yenidən böyük beynəlxalq turnirin podiumunun ən yüksək pilləsində dayanması olub.

Azərbaycanlı paracüdo əfsanəsi J1 kateqoriyası üzrə +95 kq çəki dərəcəsində Avropa çempionu titulunu qazanıb. Final qarşılaşmasında İspaniyanı təmsil edən Rodriqo Suares Qarrosaya qalib gələn İlham Zəkiyev 10-cu qitə çempionluğunu rəsmiləşdirib…

Qabil YUSİFOĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью