İlham Zəkiyev Paralimpiadada bürünc medal qazandı

04.11.2024

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Azərbaycan paracüdoçusu İlham Zəkiyev (J1 kateqoriyası, +90 kq) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

QOL.az xəbər verir ki, ikiqat Paralimpiya çempionu üçüncü yer uğrunda görüşdə Qanbat Daştserenlə (Monqolustan) üz-üzə gəlib. Zəkiyev rəqibini vazari xalı ilə məğlub edərək bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Xatırladaq ki, bunadək həmçinin paraatlet Lamiyə Vəliyeva qızıl və gümüş, parataekvandoçu İmadəddin Xəlilov, paraatlet Orxan Aslanov və Səid Nəcəfzadə qızıl medal, parataekvondoçu Sabir Zeynalov, paraüzgüçümüz Raman Saley və Vəli İsrafilov isə bürünc medal qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью