İlham Zəkiyev Qran Pri turnirində çıxış edəcək

20.11.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 20 noyabr, AZƏRTAC

Noyabrın 20-21-də Misirin İsgəndəriyyə şəhərində paracüdo üzrə Qran-Pri turniri keçiriləcək.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, turnirdə ölkəmizi J1 kateqoriyası üzrə +95 kiloqram çəki dərəcəsində ikiqat paralimpiya çempionu İlham Zəkiyev təmsil edəcək.

Onu yarışa baş məşqçi İbrahim İbrahimov çıxaracaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью