İlhamə Elşadqızı da saxlanıldı

24.12.2024

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polisin keçirdiyi tədbirlər davam etdirilir.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, tədbirlər çərçivəsində özünü şairə və tiktoker kimi təqdim edən İlhamə Elşadqızı da polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, dünən keçirilən tədbirlər çərçivəsində bir neçə tiktoker və təşkilatçı da saxlanılmışdı.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью