İlhamə Lətifovanın ölkədən çıxışına stop qoyuldu: 800 minlik borc

29.01.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Vergi borcu 800 min manata yaxınlaşan şirkət rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Milli.Az "Qaynarinfo"ya istinadən xəbər verir ki, "Şəmkir" MTK-nın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə 780 991 55 manat vergi borcu yaranıb.

İdarə tərəfindən şirkətin qanuni təmsilçisi İlhamə Nizam qızı Lətifova barəsində Gəncə Kommersiya Məhkəməsinə müraciət edilib.

Məhkəmənin qərarı ilə borc ödənilənədək İlhamə Lətifovanın ölkədən çıxışı müvəqqəti məhdudlaşdırılıb.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью