“İlhamə sağ olsaydı bu cür mahnılar olmazdı”

03.03.2025

Icma.az bildirir, Olay.az saytına əsaslanaraq.

“İlhamə sağ olsaydı bu cür mahnılar olmazdı”

Əməkdar artist Firuzə İbadova mərhum Xalq artisti İlhamə Quliyevadan söz açıb.

OLAY yazır ki, bu haqda sənətçi “Xəzər axşamı” verilişinə müsahibəsində danışıb. 

Son zamanlar dinləyicilərin zövqünü körlayan bayağı mahnılardan bəhs edən F.İbadova bildirib ki, İlhamə Quliyeva sağ olsaydı, bu gün belə nəğmələr yaranmazdı:

“Mən çox üzülürəm... Kaş, İlhamə Quliyeva sağ olardı. İndi musiqi mədəniyyətimizdəki yaranan “qanqal”ları təmizləmək üçün onun bir sözü yetərdi. Deyərdi ki, özünüzü yığışdırın. Bu musiqiləri musiqi adlandırıb onu zədələməyin. Özü şedevr mahnıların ifaçısı idi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью