Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Duşan Vlahoviç bir müddət futbol oynaya bilməyəcək. “Yuventus”un hücumçusu zədələnib.
"Football-plus.az" xəbər verir ki, “Kalyari” ilə son matçın ilk hissəsində zədələnərək meydanı tərk edən serbiyalı futbolçu 2025-ci ilin sonuna qədər sıradan çıxıb. 25 yaşlı forvardın təxminən iki ay yaşıl meydanlardan uzaq qalacağı və yalnız gələn ilin əvvəlində sıraya dönəcəyi bildirilir.
Cari mövsümdə Turin klubunda 17 oyuna çıxan Vlahoviç 6 qolun və 2 məhsuldar ötürmənin müəllifi olub. Onun “Yuventus”la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.