İli lider kimi bitirən güləşçilərimizə pul mükafatı təqdim edilib

12.12.2024

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dünya Güləş Birliyi (UWW) yunan-Roma güləşçilərinin illik yekun reytinq cədvəlini dərc edib.

Oxu.Az xəbər verir ki, siyahıda Azərbaycanın iki güləşçisi lider mövqeyində qərarlaşıb.

Belə ki, Eldəniz Əzizli (55) və Ülvi Qənizadə (77 kq) öz çəkilərində ili ilk pillədə başa vurublar.

Qeyd edək ki, liderlərin hər birinə 5 min dollar mükafat təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью