İliç: “Fasilənin yaranması xeyrimizədir”

29.08.2025

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Premyer Liqasının III turunun “Sumqayıt” – “Şamaxı” oyunundan (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Çətin oyun oldu. Hər iki komanda qələbə qazana bilərdi. İlk hissədə yaxşı oynasaq da, ikinci hissədə işlər istədiyimiz kimi getmədi.

– İki oyunda qol buraxmayan komanda bu gün müdafiədə zəif təsir bağışladı. Müdafiənin belə olmasının səbəbi nə idi?
– Adi vəziyyətdən qol buraxdıq. Rəqibin uzun ötürmələrindən sonra oyunda qırılmalar oldu.

– Qarşıdan fasilə gəlir. 2 qələbə, 1 heç-heçə etmisiz. Bu vəziyyətdə çempionatın davam etməsi daha yaxşı olardı?
– Fasilənin yaranması xeyrimizədir. “Qarabağ”la oyunda çox güc sərf etmişdik. Qələbə seriyamız davam etməsə də, bu fasilə yaxşı oldu.

– Transfer məsələsi nə yerdədir?
– Rəhbərlikdən soruşun.

– 3 turda 7 xal qazanmaq qənaətbəxşdir, ya artığını gözləyirdiniz?
– “Qarabağ”ın da bu komandaların arasında olmasına baxsaq, 3 oyuna 7 xal yaxşıdır. Çempionatın hələ başlanğıcıdır. Uyğunlaşma məsələləri var. Oyundan-oyuna daha yaxşı olmağa çalışırıq.

– Ramalinqomun əvəzlənməsi nə ilə bağlıdır? Ninkoviçdən istədiyinizi ala bildiniz?
– Ramalinqom kifayət qədər enerji sərf etmişdi. Ona görə yorğunluğu hiss olundu. Ninkoviçin top saxlama qabiliyyəti yaxşı olduğu üçün meydana buraxdım. Ancaq kifayət qədər yaxşı oynamadı.

– Çempionatla bağlı mövsümün əvvəli ilə düşündüklərinizlə indiki arasında hansı fərqlər var? Nələr sürpriz oldu?
– Ətraflı danışmaq üçün vaxt lazımdır. “Qarabağ” Azərbaycanın ən güclü komandasıdır. Çempionatın çətin olacağını düşünürəm.

– Çempionlar Liqasında olan “Qarabağ”ı məğlub edən baş məşqçi kimi sizə vətəninizdən təbriklər gəldi?
– Xeyr, belə təbrik olmayıb.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью