İliç: “Oyundan tam razı deyiləm”

30.01.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan Premyer Liqasının XVIII turunun “Karvan-Yevlax”  – “Sumqayıt” oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…

– Çox vacib matç idi. Qalib gəlsək də, oyundan tam razı deyiləm. Bəzi məqamlarda ötürmələr vaxtında edilmirdi. Cərimə zərbələri zamanı çoxlu səhvlərimiz oldu bu problemlər yaradırdı. Oyunumuzu təkmilləşdirmək üçün bunları aradan qaldırmalıyıq.

– Nihad Orucəli bu gün Premyer Liqada debüt etdi. Onun performansını necə dəyərləndirirsiniz?

– Təlim-məşq toplanışına kifayət qədər gənc futbolçular aparmışdıq. Sevindirici haldır ki, bu gün də onlardan istifadə etdik. Döyüşdü, mübarizə apardı. Məncə, qənaətbəxş performans göstərdi.

– Pedro Pintonun gedişi sizin qərarınızdır, ya öz istəyi ilə gedib?
– Əslində, bu, futboldur, belə şeylər olur. Təklifi oldu və dəyərləndirdi. Buna pis baxmıram. Pedronun mövqeyində oynada biləcəyimiz futbolçular var.

– İlk hissədə “Sumqayıt” böyük üstünlüklə oynadı. İkinci yarıda isə oyun bərabər getdi. Bu, sizin tapşırığınız idi, ya əvəzetmədən meydana daxil olanlar tapşırığı yerinə yetirmədi?
– Əvvəl də qeyd etdim ki, bu, bizim səhvlərimizdən irəli gələn məsələdir. Ötürmələrd, cərimə zərbələrdə səhvlər çox oldu və bu, tempə təsir etdi.

– Süni örtüyün təsiri var idi?
– Xeyr.

– “Zirə” ilə həm kubokda, həm də çempionatda qarşılaşacaqsız. Hər iki oyun avrokuboklar baxımından vacibdir. Heyətdə rotasiyalar edəcəksiz?
– Hər iki oyun bizim üçün çox vacibdir. Amma indi dəqiq nəsə deyə bilmərəm. Hələ kifayət qədər vaxt var. Zədələr ola bilər.

Şahin Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью