İliçdən 4 oyunluq cəzaya reaksiya: “Heç kimi öldürməmişəm”

04.12.2025

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Difai” – “Sumqayıt” oyunundan (1:3) sonra “Sumqayıt”ın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü…

– Mərhələni keçmək vacib idi. Lakin qənaətbəxş oyun göstərmədik. Çempionatda belə oynamaq olmaz.

– Gənclərə şans verdiz, amma özlərini göstərə bilmədilər…
– Gənclərin tərəfindəyəm. Düzdür, bəzi səhvlər oldu. Yenə də gəncdirlər, potensialları var və onlara güvənirəm.

– AFFA İntizam Komitəsi sizi 4 oyun cəzalandırdı. Buna münasibətiniz necədir?
– Məncə, ağır qərardır. Heç kimi öldürməmişəm. Düşünürəm ki, iki oyunluq cəza normal olardı.

– Ayxan Abbasovla aranızda nə baş vermişdi ki?
– Emosional oyun keçmişdi. Serb dilində sözlər dedim, amma bu, kiməsə ünvanlanmamışdı. Yaxşı qarşılanmadı. Oyundan sonra Abbasovla görüşdük və həll etdik.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью