Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 13 iyun, AZƏRTAC
Azərbaycanda donorların sayı ildən-ilə artır. Statistikaya baxsaq, görərik ki, 2023-cü ildən bəri bu günə kimi donorların sayında ciddi artım var.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev deyib.
"2023-cü ildə ümumi donor sayımız 93 min olsa da, 2024-cü ildə bu rəqəm 124 min, 2025-ci ildə 138 min, 2026-cı ilin 5 ayı ərzində 50 mindən artıq olub. Bu da tələb olunan ehtiyaclarımızı ödəyir", - deyə E.Nağıyev bildirib.
Müxbir - Göyçək Mahmudlu
Fotoqraf - Aydın Məmmədov