İlin birinci yarısında DSMF də 246 mindən çox vətəndaş müraciəti qeydə alınıb

10.07.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 10 iyul, AZƏRTAC

Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 246 min 277 vətəndaş müraciəti qeydə alınıb.

Bu barədə AZƏRTAC-a fondun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, müraciətlərdən 100 min 847-si pensiya, 61 min 164-ü müavinət, 8 min 936-sı Prezident təqaüdü, 48 min 574-i ünvanlı dövlət sosial yardımı, 6 min 163-ü fərdi uçot və sosial sığorta, 1042-si dövlət icbari şəxsi sığorta və 19 min 551-i isə digər istiqamətlərlə bağlı olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью