İlin ən çox dinlənilən ifaçısı o oldu

05.12.2024

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Spotify” 2024-cü ilin nəticələrini açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məşhur amerikalı müğənni Teylor Svift bu il ən çox dinlənilən sənətçi olub.

Onun mahnıları musiqi platformasında 26,6 milyarddan çox dinlənilib.

Qeyd edək ki, bu, müğənninin ardıcıl ikinci dəfə qazandığı uğurdur.

Xatırladaq ki, bu il T.Svift 1,6 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı qadın musiqiçisi olub.




Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью