Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
Almaniyanın "German Car of the Year" (GCOTY) avtomobil mükafatının təşkilatçıları son 12 ay ərzində bazara çıxan yeni avtomobillər arasında keçirilən illik səsvermənin nəticələrini açıqlayıblar.
Qaynarinfo xəbər verir ki, səsvermədə Almaniya və digər ölkələrdən 47 avtomobil jurnalisti iştirak edib.
Qaliblər qiymət kateqoriyaları üzrə belə bölünüb:
* Büdcə seqmentində — 25 min avroya qədər — elektriklə çalışan "Volkswagen ID. Polo" birinci olub.
* Kompakt modellər arasında — 25-40 min avro — elektrikli furqon və miniven "Kia PV5" qalib seçilib.
* Premium sinifdə — 40-70 min avro — "Mercedes-Benz GLC" birinci yeri tutub.
* Lüks kateqoriyada — 70 min avrodan yuxarı — Çinin elektrikləşdirilmiş miniveni "Xpeng X9" qalib olub.
- İdman avtomobilləri arasında isə elektrik sedanı "Hyundai Ioniq 6 N" birinci seçilib.
Müsabiqənin mütləq qalibi bu beş kateqoriya qalibi arasından müəyyənləşdiriləcək və nəticə noyabrın əvvəlində açıqlanacaq.
Əsas kateqoriyalarla yanaşı, münsiflər heyəti ayrı-ayrı nominasiyalar üzrə də qalibləri müəyyənləşdirib.
Kompakt hetçbek "Geely E2" qiymət və keyfiyyət nisbətinə görə mükafata layiq görülüb. Elektrikli "Renault Twingo" ən yaxşı eksteryer dizaynına, "BMW iX3" isə interyer və multimedia həllərinə görə seçilib.
"Porsche 911 Turbo S" güc qurğusuna görə fərqləndirilib. "Skoda Peaq" isə ən yaxşı ailə avtomobili adına layiq görülüb.
Bundan başqa, fərdi mükafat da təqdim olunub. Bu il "avtomobil sənayesinin adamı" adına yaxın vaxtlarda "Skoda" şirkətinin rəhbəri vəzifəsindən ayrılan Klaus Zellmer layiq görülüb.
Aydın