İlin ən yaxşı bombardiri kimdir?

02.04.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

2025-ci ildə keçirilən beynəlxalq oyunlarda ən çox qol vuran futbolçular açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in siyahısına millidə və qitə kuboklarında 5 və ya daha çox qol vuranlar yer alıb.

Bombardirlərin cədvəlinə Usman Dembele başçılıq edir. Hesabında 8 qol olan fransalı PSJ-də 7, millidə 1 dəfə fərqlənib.

Harri Keyn (İngiltərə, “Bavariya”) 7 qolla ikincidir. Gürcüstan millisinin “Lion”dakı təmsilçisi Jorj Mikautadze 6 qolla 3-cü sırada yer alıb.

Qeyd edək ki, ilin ilk 3 ayında 18 futbolçu 5 və ya daha çox qol vurub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью