İlin ən yaxşı Çin smartfonları

01.08.2026

Icma.az bildirir, Lent az portalına istinadən.

“GizmoChina” nəşri 2026-cı ilin ilk yarısının ən yaxşı smartfonlarının reytinqini hazırlayıb və müxtəlif kateqoriyalar üzrə qalibləri müəyyənləşdirib.
Lent.az xəbər verir ki, ən yaxşı kameralı smartfon adına OPPO Find X9 Ultra layiq görülüb. 

Nəşrin fikrincə, model dörd müxtəlif fokus məsafəsinə malik qabaqcıl kamera sistemi və xüsusilə güclü teleobyektivləri ilə seçilir. Bununla yanaşı, 10 qat yaxınlaşdırma zamanı xromatik aberrasiyalar və video sabitləşdirməsinin təkmilləşdirilməsinə ehtiyac olduğu da qeyd edilib.

Mobil fotoçəkiliş üzrə ən yaxşı istifadəçi təcrübəsi təqdim edən smartfon isə Huawei Pura 90s Pro Max seçilib. Cihazın süni intellekt dəstəyi ilə avtomatik kadr quruluşu, parıltının silinməsi, ağıllı foto redaktəsi, 200 meqapiksellik RYYB telekamera və təkmilləşdirilmiş video çəkilişi imkanları yüksək qiymətləndirilib.

Ən yaxşı oyun smartfonu nominasiyasında Redmi K90 Max qalib olub. Model daxili ventilyatorlu soyutma sistemi, yüngül çəkisi, bütün oyunlarda kadr interpolasiyası dəstəyi və RedMagic 11S Pro ilə müqayisədə daha münasib qiyməti ilə fərqlənib.

Qatlana bilən smartfonlar arasında Huawei Pura X Max birinci olub. “GizmoChina” bu modelin qatlanmış və açılmış vəziyyətdə ekran nisbətlərini rahat saxlamasını, həmçinin Çin bazarında yüksək satış göstəricilərini əsas üstünlüklər kimi göstərib.

"Flaqman qatili" kateqoriyasının qalibi isə OnePlus 15T olub. Smartfon Snapdragon 8 Elite Gen5 prosessoru, 165 Hz yenilənmə tezliyinə malik ekranı, 7500 mAh batareyası və simsiz enerji doldurma dəstəyi ilə seçilib. Bununla yanaşı, ultra genişbucaqlı kameranın olmaması və USB 2.0 portundan istifadə edilməsi modelin çatışmazlıqları kimi göstərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью