İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27.10.2026

Icma.az, Apasport portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lamin Yamal üçüncü dəfə ardıcıl “Kopa” mükafatına layiq görülüb.

Apasport.az xəbər verir ki, “Barselona”nın və İspaniya millisinin 19 yaşlı vingeri “France Football” nəşrinin versiyasına görə ilin ən yaxşı gənc futbolçusu seçilib.

Mükafat “Qızıl top”un təqdimetmə mərasimində sahibinə verilib.

Qeyd edək ki, mükafat uğrunda Kərim Alaybqoviç (“Zalsburq”/“Yuventus”, Bosniya və Herseqovina), Ayub Buaddi (“Lill”/“Mançester Siti”, Mərakeş), Pau Kubarsi (“Barselona”, İspaniya), Yan Diomande (“Leypsiq”/“Real”, Kot-d’İvuar), Lennart Karl (“Bavariya”, Almaniya), Eli Cunior Krupi (“Bornmut”), Yoan Manzambi (“Frayburq”/“Aston Villa”, İsveçrə), İbrahim Maza (“Bayer”, Əlcəzair) və Uorren Zair-Emeri (“PSJ”, Fransa) də namizəd göstərilmişdilər.

Azərbaycanlı futbolçular Türkiyədə əcnəbi sayılmayacaq – YENİ QƏRAR Kurtua “El-Klasiko”nu buraxacaq Kim Min Je “Bavariya”dan ayrılır? “El-Klasiko” bu kanalda - TV AFİŞA “Qalatasaray”ın qapıçısı Fransa klubunun hədəfində
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью