İlin ən yaxşı gənc oyunçusu adına 10 namizəddən ikisi türkdür

14.11.2024

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Globe Soccer Awards" 2024-cü ilin ən yaxşı gənc futbolçusu adı uğrunda mübarizə aparacaq namizədləri açıqlayıb.

Fanat.Az xəbər verir ki, siyahı belədir:

Pau Kubarsi ("Barselona"), Dezire Due (PSJ), Alexandro Qarnaço ("Mançester Yunayted"), Arda Güler ("Real Madrid"), Kobbi Maynu ("Mançester Yunayted"), Joau Neveş (PSJ), Aleksandar Pavloviç ("Bayern Münhen"), Savinyo ("Mançester Siti"), Lamin Yamal ("Barselona"), Kenan Yıldız ("Yuventus").

Artıq "Globe Soccer Awards"ın rəsmi saytında səsvermə start götürüb. Səsvermənin nəticələrinə əsasən finalçılar müəyyənləşəcək. Mükafatlandırma mərasimi dekabrın 27-də Dubayda baş tutacaq.

Qeyd edək ki, ötən il bu mükafata "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellingem layiq görülmüşdü.

Nihat

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью