İlin ən yaxşı hücumçusu adına namizədlər açıqlandı

15.11.2024

Icma.az, Manset portalına istinadən məlumat verir.

“Globe Soccer Awards” 2024-cü ilin ən yaxşı hücumçusu adına namizədlərin adlarını açıqlayıb.

Manset.az Qafqazinfo-ya xəbər verir ki, siyahıda 10 futbolçu yer alıb.

Siyahıya Artyom Dovbik (“Roma”, İtaliya), Fil Foden, Erlinq Holann (hər ikisi “Mançester Siti”, İngiltərə), Harri Keyn (“Bavariya”, Almaniya), Lautaro Martines (“İnter”, İtaliya), Kilian Mbappe, Vinisius Junior (hər ikisi “Real”, İspaniya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə), Niko Uilyams (“Atletik”, İspaniya) və Lamin Yamalın (“Barselona”, İspaniya) adı daxil edilib.

“Globe Soccer Awards”ın rəsmi saytında finalçıların müəyyən ediləcəyi açıq səsverməyə start verilib.

Mükafatlandırma mərasimi dekabrın 27-də Dubayda keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью