İlin ən yaxşı klubu mükafatına namizədlər açıqlanıb

18.12.2025

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

"Globe Soccer Awards"ın 2025-ci ilin ən yaxşı klubu mükafatına namizədlərin yekun siyahısı açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə "Globe Soccer Awards" sosial media hesabında paylaşım edib.

Mükafat uğrunda "Liverpul", PSJ, "Flamenqo", "Barselona" və "Çelsi" mübarizə aparacaq.

"Globe Soccer Awards" futbolda ən böyük nailiyyətləri qiymətləndirən illik mükafatlandırma mərasimidir. Müxtəlif kateqoriyalar üzrə qaliblər səsvermə yolu ilə müəyyən edilir.

Ötən il bu mükafatı "Real" qazanıb. 2024-cü ildə Madrid klubu İspaniya çempionatını və Superkubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu və Qitələrarası Kuboku qazanıb.

Konfrans Liqası: VI turun oyunları keçiriləcək - YENİLƏNİR Ançelottinin oğlu işsiz qalıb “Qarabağ” “Sabah”ın qonağı olacaq - YENİLƏNİR Bruno Fernandeşin gələcəyi yayda müəyyənləşəcək Arauxo “Barselona”ya qayıtmağa hazırlaşır
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью