İlin ən yaxşı məşqçisi bu 5 mütəxəssisdən biri olacaq ADLAR

29.11.2024

Icma.az bildirir, Fanat portalına istinadən.

Pep Qvardiola və Karlo Ançelotti 2024-cü ilin ən yaxşı məşqçisi mükafatı uğrunda mübarizədə əsas favoritlərdir. 

Fanat.Az xəbər verir ki, FİFA-nın açıqladığı namizədlərin siyahısında 5 mütəxəssisin adı var.

Qvardiola “Mançester Siti”ni İngiltərə Premyer Liqasında ardıcıl dördüncü qələbəyə daşıyıbsa, italyan mütəxəssis isə “Real Madrid”lə La Liqa və Çempionlar Liqasının qalibi olub. 

Namizədlər arasında, həmçinin tarixdə ilk dəfə Bundesliqanı qazanan "Bayer Leverkuzen"li Xabi Alonso, İspaniya millisi ilə Avropa Çempionatının qalibi olan Luis de la Fuente və Amerika Kubokunda Argentina ilə yenidən qələbə qazanan Lionel Skaloni də var. 

Ötən ilin sonunda mükafat Pep Qvardiolaya təqdim olunmuş, Luçano Spaletti ikinci, Simone İnzaqi isə üçüncü olub.

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью