Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Avstriyanın Vyana şəhərində ilk dəfə keçirilən “International Opera Awards 2026” mükafatlandırma mərasimində İspaniyanın paytaxtı Madriddə yerləşən “Teatro Real” 2021-ci ildən sonra ikinci dəfə “İlin ən yaxşı opera teatrı” mükafatına layiq görülüb.
Kulis.az xəbər verir ki, teatrın bədii rəhbəri Coan Mataboş mükafatı bütün kollektivə həsr edərək qurumun beynəlxalq opera dünyasının yüksək liqasında yer aldığını vurğulayıb.
Dörd nominasiya üzrə finala yüksələrək bütün rəqiblərini geridə qoyan “Teatro Real” bu mükafatı iki dəfə qazanan nadir opera qurumlarından biridir (bundan əvvəl yalnız "Bayerische Staatsoper" və "Komische Oper Berlin" bu uğura imza atıb).
Teatr 2025-ci ildə də davamlılıq mükafatına layiq görülmüşdü.
Mataboş “Teatro Real”ın Avropadakı digər opera teatrları ilə müqayisədə dövlət subsidiyalarından daha az asılı olduğunu və bunun yaradıcılıq müstəqilliyini gücləndirdiyini bildirib.
O, həmçinin Vaşinqton Milli Operasının bədii rəhbəri Françeska Zambellonun siyasi təzyiq və senzura ilə bağlı tənqidlərinə toxunaraq İspaniyanın aparıcı mədəniyyət qurumlarının oxşar müdaxilələrin qarşısını alacaq nüfuza malik olduğunu qeyd edib.
Qeyd edək ki, mərasimdə Luiza Alder ən yaxşı qadın müğənni, Lourens Braunli ən yaxşı kişi müğənni, Rikkardo Şayi ən yaxşı dirijor, Breqenz Festivalı isə ilin festivalı seçilib.
“Countdown”un aparıcısı dünyasını dəyişdi Türkiyə İş Bankı Muzeyi 3,5 milyondan çox ziyarətçi qəbul etdi Yazıçılara saxta "Netflix" təklifləri göndərirlər – Ədəbiyyat dünyasında yeni dələduzluq dalğası