İlin əvvəlindən bankların aktivləri, öhdəlikləri və balans kapitalı artıb AZƏRTAC

25.12.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 25 dekabr, AZƏRTAC

2024-cü ilin yanvar–noyabr aylarında banklar tərəfindən 966.5 milyon manat xalis mənfəət, 1,535.8 milyon manat məbləğində əməliyyat mənfəəti generasiya edilib.

Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, fəaliyyətdə olan bankların cəmi aktivləri 50,164.6 milyon manat, cəmi öhdəlikləri 43,662.6 milyon manat, balans kapitalı 6,502 milyon manat olub. İlin əvvəlindən bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 2 faiz, 1,3 faiz və 7,2 faiz artıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью