İlin əvvəlindən indiyədək 366,9 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

12.12.2024

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-noyabr aylarında 366,9 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 149 mini münasib işlərlə təmin olunub, 16,1 mini isə kiçik ailə təsərrüfatlarını yaratmaq üçün özünüməşğulluq proqramına cəlb edilib.

Bu ilin 11 ayında 14,5 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 187,3 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью