İlin futbolçusu Vinisius: Yoxsulluq və cinayət gördüm, indi isə…

18.12.2024

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Real Madrid”in və Braziliya millisinin cinah oyunçusu Vinisius Junior “The Best” mərasimində 2024-cü ilin ən yaxşı futbolçusu mükafatını aldıqdan sonra hisslərini bölüşüb.

Publika.az xəbər verir ki, Vinisius mükafatı aldıqdan sonra bildirib:

“Mənə səs verən insanlara: futbolçulara, məşqçilərə, azarkeşlərə təşəkkür etmək istəyirəm. Bu səhnədə durmağım qeyri-mümkün görünürdü. Mən yoxsulluq və cinayət gördüyüm kiçik bir şəhərdən gəlirəm. İndi isə buradayam”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью