İlin ilk altı ayında 200 dən çox şəxs Azərbaycana readmissiya edilib

16.07.2025

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu ilin ilk yarısında Dövlət Miqrasiya Xidməti (DMX) 219 şəxsin Azərbaycana readmissiyasını həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilib ki, onlar əsasən Avropa ölkələrindən geri qəbul edilmiş şəxslərdir.

Qeyd edək ki, proses Azərbaycanın imzaladığı readmissiya sazişləri çərçivəsində baş tutub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью