İlin ilk dörd ayında Gürcüstandan Azərbaycana nə qədər avtomobil idxal edilib?

19.05.2026

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Gürcüstandan 50.2 milyon ABŞ dolları dəyərində 1 458 ədəd minik avtomobili idxal edib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.

Ötən ilin eyni dövrünə nisbətdə avtomobil tədarükü dəyər baxımından 37.18%, miqdar baxımından isə iki dəfəyə yaxın azalıb.

Hesabat dövründə Gürcüstandan ümumilikdə 537.3 milyon ABŞ dolları dəyərində 20 994 ədəd minik avtomobili ixraca yönəldilib ki, bunun da 6.94%-i Azərbaycanın payına düşüb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью