İlin ilk körpəsi doğuldu FOTO

01.01.2026

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2026-cı ildə Azərbaycanda ilk uşaq Naxçıvanda dünyaya gəlib.
Naxçıvan Perinatal Mərkəzindən Milli.Az-a verilən məlumata görə, dekabrın 31-dən yanvar ayının 1-nə keçən gecə saat 00:01-də Naxçıvan şəhər sakini Gülməmmədovlar ailəsində oğlan uşağı dünyaya gəlib.
2,6 kq çəkidə doğulan uşaq tam sağlamdır.
Uşaq keysəriyyə yolu ilə dünyaya gəlib.

TƏBİB-in nəzdindəki tibb müəssisəsində də 2026-cı ilin ilk körpəsi dünyaya gəlib.
01.01.2026-cı il tarixində saat 00:40 radələrində Şamaxı Rayon Mərkəzi Xəstəxanasında doğulan körpənin cinsi qız, çəkisi 3 kq. 200 qramdır.

Doğuş təbii yolla baş tutub. Hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.

Qeyd edək ki, körpə 2001-ci il təvəllüdlü ananın üçüncü övladıdır.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью