İlin ilk qərb derbisində kim sevinəcək?

19.01.2025

sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün Premyer Liqada XIX tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, günün ilk matçı bölgədə baş tutacaq. 

Qərb derbisində "Kəpəz" "Turan Tovuz" u qəbul edir. Dünən "Araz-Naxçıvan"ı məğlub edən "Zirə" turnir cədvəlində "boz qurd"ları qabaqlayaraq 3-cü pilləyə yüksəlib. Yenidən əvvəlki mövqeyinə qayıtmaq üçün Kurban Berdıyevin komandasına qələbə lazımdı. "Kəpəz" də meydana xal və ya xallar üçün çıxacaq. "Səbail" hesabat turunda aktivinə 3 yazdırdığından "sarı-göylər" artıq sonuncu pilləyə yuvarlanıb.

Qeyd edək ki, oyunun start fiti saat 16:00-da səslənəcək.

Misli Premyer Liqası

III dövrə, XIX tur

16:00. "Kəpəz" - "Turan Tovuz" 

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tovuz şəhər stadionu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью