İlin kəşfi kimdir? türkiyəli futbolçu “Top5”də İdman və Biz

27.11.2024

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İlin kəşfi olan futbolçular açıqlanıb.

İdman.biz xəbər verir ki, CİES 2024-cü ildə dünyanın ən güclü 38 liqasında çıxış edən 100 ən yaxşı gənc oyunçunu müəyyənləşdirib.

Siyahıya “Barselona”nın futbolçusu Pau Kubarsi başçılıq edir. Onun reytinqi 91,5-ə bərabər olub. Kobbi Maynu (“Mançester Yunayted”) 83,3 xalla ikinci, Xulio Soler (“Lanus”) 77,0 xalla üçüncüdür.

Türkiyəli Semih Kılıcsoy da ön sıralarda yer alıb. “Beşiktaş”ın futbolçusu cədvəldə 5-cidir – 73,0.

Qeyd edək ki, “Barselona”nın digər gənc ulduzu Lamin Yamalın reytinqi (93,8) daha yüksək olsa da, o, hələ ötən il əsas komandanın oyunçusuna çevrildiyi üçün siyahıdan kənar qalıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью