“İlin müəllimi” 100 sərxoş uşaqla elə məclis təşkil etdi ki... | Icma.az
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ-ın Florida ştatında ibtidai məktəb direktorunun müavini Elizabet Hill-Brodiqan ciddi nəticələrə səbəb olan ziyafət verdikdən sonra qalmaqal mərkəzinə düşüb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 100-ə yaxın yeniyetmənin iştirak etdiyi tədbirdə spirtli içkilərin iiçildiyi iddia olunur ki, bu da iştirakçılardan birinin xəstəxanaya yerləşdirilməsi ilə nəticələnib.
ABŞ polisinin məlumatına görə, yeniyetmələr evdəki soyuduculardan spirt gətirib.
Məclisin biri ağır alkoqol zəhərlənməsi əlamətləri ilə xəstəxanaya çatdırılıb.
Hadisə yerinin yaxınlığında daha bir yeniyetmənin sərxoş halda avtomobil idarə etdiyinə görə həbs edilməsi ilə vəziyyət daha da pisləşib.
Tibbi yardım göstərmək üçün həkimlər avtomobillərdən əlavə işıqlandırmadan istifadə etməli olublar.
Hill-Brodiqan ilə yanaşı, başqa bir müəllim, 45 yaşlı Karli Anderson da məclisdə sərxoş olduğu üçün ittiham olunub.
Tam oxu
Xəbəri oxu