Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) “İlin komandası”nı elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.
“İlin komandası”nın üzvləri dünya üzrə oyunçuların səsverməsi əsasında müəyyən olunub. Səsvermədə 19 min 806 oyunçu iştirak edib.
“İnter Mayami” klubunun oyunçusu argentinalı Lionel Messi də simvolik komandaya daxil olub.
Simvolik komandaya həmçinin ispaniyalı qapıçı David Raya (“Arsenal”); müdafiəçilər - ispan Pau Kubarsi (“Barselona”), mərakeşli Aşraf Hakimi (PSJ), portuqaliyalı Nuno Mendes (PSJ); yarımmüdafiəçilər - ispan Rodri (“Barselona”), portuqaliyalı Vitinya (PSJ), ingilis Cud Bellinqem (“Real Madrid”); hücumçular - ispan Lamin Yamal (“Barselona”), norveçli Erlinq Holan (“Mançester Siti”) və fransalı Kilian Mbappe (“Real Madrid”) də daxil edilib.