Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-nin Alyaska ştatının ən şimaldakı yaşayış məntəqəsi olan Barrouda ilin son Günəş doğumu müşahidə edilib.
"Cebheinfo.az" xəbər verir ki, Günəş üfüqdə cəmi bir neçə dəqiqə göründükdən sonra batıb. Növbəti günəş doğumunun isə 2027-ci il yanvarın 22-23-də baş verəcəyi gözlənilir.
Bu hadisə bölgədə hər il yaşanan “qütb gecəsi” dövrünün başlanğıcıdır.
Təxminən 66 gün davam edəcək bu müddətdə Günəş üfüqdən yuxarı qalxmayacaq.
Bununla belə, gün ərzində alatoranlığı xatırladan mavi çalarlar və parlaq şimal işıqları müşahidə oluna biləcək.
Alyaskada hər il təkrarlanan bu təbiət hadisəsi dünyanın ən sərt iqlim şəraitinə malik bölgələrində həyatın özünəməxsus çətinliklərini bir daha nümayiş etdirir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin