Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan yığması bu gün yoldaşlıq oyununda Andorra ilə qarşılaşacaq.
Futbolpress.az xəbər verir ki, bu qarşılaşma yarımmüdafiəçi Emin Mahmudovun yığmadakı son görüşü olacaq. O, matçdan sonra milli karyerasını bitirəcək.
Emin Mahmudov 2016-cı ildə yığmada debüt edib. O, komanda ilə 65 oyunda 16 qol vurub.
Andorra ilə matç eyni zamanda yığmanın builki sonuncu qarşılaşması olacaq. Yığma növbəti dəfə 2027-ci ilin martında Avropa çempionatının seçmə mərhələsi oyunları üçün toplaşacaq.
Andorra – Azərbaycan oyununa 22:00-da start veriləcək.