İlin son oyununda Gəncə, yoxsa Sumqayıt azarkeşləri sevinəcək?

20.12.2024

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

Bu gün keçiriləcək bir oyunla Misli Premyer Liqasında XVIII tura start veriləcək. Sport24.az xəbər verir ki, ilin son oyun həftəsində "Kəpəz" - "Sumqatyıt"ı qəbul edir.

"Sarı-göylər" təhlükəli zonadan uzaqlaşmaq və bir qədər rahat nəfəs almaq üçün bu matçdan qələbə ilə ayrılmalıdı. Heç şübhəsiz ki, "kimyaçılar" da meydana 3 xal üçün çıxacaq. Vaqif Cavadov və çalışdırdığı komanda ili major notda bitirməyi düşünür.

Qeyd edək ki, Tovuzda keçiriləcək qarşılaşmanın start fiti saat 16:00-da səslənəcək.

Misli Premyer Liqası

II dövrə, XVIII tur

16:00. "Kəpəz" - "Sumqayıt"

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Tural Qurbanov
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz. Şəhər stadionu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью