İlin sonuna kimi daha 20 ailə Laçına KÖÇÜRÜLƏCƏK

19.11.2025

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış”a dair I Dövlət Proqramı çərçivəsində 2025-ci ildə Laçın rayonunda daimi məskunlaşma prosesi davam etdirilib.
Bizim.Media xəbər verir ki, bunu modern.az-a Laçın xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev bildirib.
O qeyd edib ki, cari ilin may ayının 27-də cənab Prezident İlham Əliyev Laçın rayonunun yenidən inşa edilmiş Bəylik kəndinin açılışında iştirak edib və sakinlərə evlərin açarlarını təqdim edib. Bu mərhələdə kəndə 89 ailə - 363 nəfər köçürülüb.
 

"Sentyabrın 23-də həyata keçirilən növbəti köçürmə ilə Laçın şəhərinə 20 ailə – 86 nəfərin daimi məskunlaşması təmin edilib. Bu köçürmələrlə birlikdə, hazırkı dövrədək Laçın şəhərində 591 ailə – 2177 nəfər, ümumilikdə isə Laçın rayonunda 956 ailə – 3587 nəfərin daimi məskunlaşması təmin olunub.


Məskunlaşma prosesi mərhələli şəkildə davam edir və ilin sonunadək daha 20 ailənin Laçın şəhərinə köçürülməsi planlaşdırılır” - deyə bildirilib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью