İlin sonuna kimi Rusiya ilə anlaşma ola bilər Zelenski

12.11.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Ukrayna müharibənin dayandırılması ilə bağlı razılaşmaya 2026-cı ilin sonunadək nail olmağa çalışacaq

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Zelenski deyib ki, gələn il Avropa və ABŞ-da baş verəcək siyasi dəyişiklikləri nəzərə alan danışıqlar prosesinin iştirakçıları 2026-cı ilin sonunadək nəticə əldə etməyə çalışırlar.

Onun sözlərinə görə, Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında keçirilən danışıqlarda mənfi məqamlar qeydə alınmayıb. Prezident danışıqların bütün detallarından xəbərdar olmadığını bildirsə də, ABŞ nümayəndələrinin Vladimir Putinə konkret təkliflərlə getməsinin vacib olduğunu vurğulayıb.

Zelenski amerikalı nümayəndə heyətinin danışıqlardan konkret təkliflərlə qayıtmasına ümid etdiyini, lakin bu məsələyə skeptik yanaşdığını da söyləyib.

Ukrayna lideri əlavə edib ki, irəliləyiş əldə etmək mümkündür və bu, böyük ölçüdə ABŞ nümayəndə heyətinin Putinlə keçirəcəyi növbəti görüşün formatından asılı olacaq.

Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью