İlin sonuna kimi sülh mümkün ola bilər

11.08.2026

Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Keçən ilin 8 avqustunda Azərbaycan və Ermənistan rəhbərlərinin ABŞ Prezidenti Donald Trampın vasitəçiliyində imzalanmış birgə bəyanatın son bir ildə sülh istiqamətində imzalanmış ən əsas sənəd olduğu görünməkdədir. Bir ildən çoxdur ki, Azərbaycan və Ermənistan arasında nisbi sülh davam edir. Sərhəddə sakitlikdir, heç bir insident qeydə alınmır. İki ölkə arasında iqtisadi və diplomatik münasibətlər inkişaf edir".
Bunları Newscenter-az-a ƏHD partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. O bildirib ki, hər iki tərəf, xüsusən də, Ermənistan tərəfi sülhə xələl gətirə biləcək hadisə və bəyanatlardan çəkinirlər:
"Görünən odur ki, tərəflərin sülh istəyi səmimidir və onlar bu durumda ciddi şəkildə maraqlıdırlar. Sülh sazişinin paraflanmasından sonra böyük sülh sazişi üzərində Ermənistanın üzərinə düşən işlər davam edir. Bunun mesajları verilir. Ermənistan öz konstitusiyasına məlum dəyişikləri etməlidir. Bu məsələ artıq Ermənistanda gündəmdədir".
Azər Qasımov qeyd edib ki, hər iki ölkə sülh şəraitində yaşamağın üstünlüklərinə artıq alışıb:
"İndi bu sülhə doğru son addımın atılması qalır. Hesab edirəm ki, ilin sonuna kimi bu sülh mümkün ola bilər".
Süleyman
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью