İlin sonuna qədər daha 40 ailə Laçına köçürüləcək

22.08.2025

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Yaxın vaxtlarda 20 ailə, ilin sonuna qədər isə 40 ailə Laçına köçürüləcək.

Report"un Laçına ezam olunan müxbiri xəbər verir ki, bunu Laçında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, işğaldan azad olunandan sonra Laçına 936 ailə, ümumilikdə 3516 nəfər köçürülüb.

Xüsusi nümayəndə həmçinin qeyd edib ki, Laçında yenidən qurma işləri sürətlə davam etdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью