İlıq bir su kimidir içimdə yalnızlığım... Fazil Hüsnü Dağlarca

26.08.2026

Kulis.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün məşhur türkiyəli şair Fazil Hüsnü Dağlarcanın doğum günüdür.

Kulis.az onun "Yalnızlığım" şeirini tədim edir.

İlıq bir su kimidir içimdə yalnızlığım,
Yalnızlığım, ruhumda uzaq bir səs kimidir.
Hər səhər üfüqlərdən mavi şərqilər gəlir,
Və hər səhər ürpənir içimdə yalnızlığım.

Günəşim aydan sarı, sabahım dünəndən çətindirsə,
Sarsın artıq ömrümü bürünc qəndillərin hisi.
Üşüyən əllərimdən tutmalıydı kimsə,
Əgər mənim gözlərim onları görmürsə...

Bir şüşənin arxasında açılır güllərim,
Hovuzum bərq vurur... yuyur baxışlarımı.
İşləyir təmiz ziyalar suya naxışlarımı;
Ruhumun dünyasından əsir xəyallarım.

Yuxu küləklərində bir yarpaq yalnızlığım,
Düşüncəm bir neydir ki, ürpənir pərdə-pərdə.
Bəlkə bu misralarım əsəcək könüllərdə,
Fəqət hər kəsə uzaq qalacaq, yalnızlığım.

Türkcədən sətri tərcümə: Aydan Ağayeva

Xalq artisti Tofiq Bakıxanov II Fəxri xiyabanda dəfn edildi Musiqi plartformasından yeni qərar – Süni intellektlə bağlı "Hökmən Allah lazımdır mənə..." - Çeslav Miloşun şeirləri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью