İlıq su içmək sağlamlıq üçün niyə vacibdir?

20.05.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"İlıq su orqanizm tərəfindən daha yaxşı mənimsənilir".

Ölkə.az "izvestiya" ya istinadla xəbər verir ki, bunu rusiyalı həkim Olqa Rublyova deyib.

O bildirib ki, əsas maye mənbəyi kimi adi, qazsız içməli suya üstünlük verilməlidir.

Həkimin sözlərinə görə, orqanizmdə optimal su balansını qorumaq üçün mütləq təmiz su içmək vacibdir:

"Bədən maye itirdikdə, xüsusilə də yüksək temperatur, nəfəs darlığı, ishal və ya qusma kimi hallar zamanı daha çox su içmək lazımdır. Belə vəziyyətlərdə su itkisini kompensasiya etmək üçün su qəbulu artırılmalıdır.

Suyun mənimsənilməsində onun temperaturu da mühüm rol oynayır. Soyuq su orqanizm tərəfindən daha gec mənimsənilir, çünki bədən əvvəlcə onu isitməlidir. İlıq su isə daha tez mənimsənir və xüsusilə soyuqdəymə və digər xəstəliklər zamanı çoxlu maye içmək lazım olduqda istehlak üçün idealdır.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью