Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Üzün ilıq su ilə yuyulması yuxuya getməyi asanlaşdırır.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yuxuya hazırlıq prosesinə ən azı bir saat əvvəl başlamaq lazımdır. Həkim bildirib ki, axşam ritualının əsas şərti elektron cihazlardan tam imtina etməkdir. Qadcet ekranlarından yayılan işıq melatonin hormonunun ifrazını azaldır və beynin istirahət rejiminə keçməsinə mane olur.
Bunun əvəzinə, otaqda işıqlandırmanın tədricən azaldılması və sakit, rahat mühitin yaradılması tövsiyə edilir. Həmçinin ilıq duş qəbul etmək və ya üzü ilıq su ilə yumaq rahatladıcı təsir göstərir, gərginliyi azaldır və orqanizmə yuxu vaxtının yaxınlaşdığını “xəbər verir”.
Qeyd olunur ki, bu cür axşam vərdişləri yalnız yuxuya getməyi asanlaşdırmır, eyni zamanda xroniki yuxusuzluqla bağlı uzunmüddətli sağlamlıq risklərini də azaldır.