İlisu Milli Parkında qış lövhələri FOTO

25.01.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

İlisu Milli Parkı - Azərbaycan Prezidentinin 14 iyul 2025-cı il tarixli sərəncamı əsasında yaradılmış sonuncu milli parklardan biridir.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Milli Park Qax rayonu ərazisində yerləşir. Bura İlisu Dövlət Təbiət Qoruğunun bazasında və ona bitişik meşə və dövlət torpaqlarının hesabına təşkil edilib. Park 13966 hektar sahəni əhatə edir.
Milli Parkın yaradılmasının başlıca məqsədi Böyük Qafqazın cənub yamaclarının təbii landşaftlarının qorunub saxlanılması, flora və fauna növlərinin bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsidir. Bununla yanaşı ekoloji monitorinqin həyata keçirilməsi və eləcə də, turizm və istirahət (rekreasiya) üçün şərait yaradılması, əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.
İlin bütün fəsillərində Milli Parrkın bir gözəlliyi, cəlbediciliyi olduğu kimi qış lövhələri də maraqlı və diqqəti cəlbedəndir.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью