İliya Topuriya həmyerlisini çəkisini artıraraq Volkanovskini məğlub etməyə çağırıb

18.10.2025

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Yüngül çəkidə hazırkı UFC çempionu, qarışıq döyüş növləri üzrə gürcü əsilli İspaniya idmançısı İliya Topuriya bildirib ki, ikinci titul qazanmağa çalışmaq üçün həmyerlisi Merab Dvalişviliyə çəki dərəcəsində yüksəlməyi məsləhət görüb.

İdman.Biz xəbər verir ki, Topuriyanın fikrincə, Dvalişvilinin yarımyüngül çəkidə ikiqat UFC çempionu avstraliyalı Aleksandr Volkanovskiyə qarşı uğur qazanmaq üçün hər cür şansı var.

“Championship Rounds” Topuriyadan sitat gətirib: “Mən Meraba çəkisini yüksəltməli olduğunu söylədim, çünki o, 100% ikinci kəmər qazana bilər. Volkanovski ilə döyüşə gəlincə, nəticəyə şübhəm yoxdur - Merabın qalib gələcəyinə əminəm”.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью