İlk 2 ayda ixracdan ən çox gəlir əldə edən şirkətlər Siyahı

07.04.2026

Icma.az, Banco.az portalına istinadən məlumatı açıqlayır.

Müəllif: Gülnar Əhmədli, Banco.az

“İxrac icmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2026-cı ilin yanvar-fevral aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

Banco.az xəbər verir ki, özəl ixracatçıların siyahısında “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi 59 milyon dollarlıq ixracla birinci olub.

İlk 10-luqda olan şirkətlər bunlardır:

“AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi - 59 milyon dollar "Agrarco" MMC - 26.8 milyon dollar “Prime Cotton” MMC - 25.4 milyon dollar “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC - 13.5 milyon dollar “Baku Steel Company” QSC - 12.2 milyon dollar “Prime LM” MMC - 7.9 milyon dollar “P-Aqro” MMC - 7.7 milyon dollar​ "Khan El" MMC - 7.2 milyon dollar "Mors Trading" MMC - 6.2 milyon dollar “STP Alüminium” MMC - 5.8 milyon dollar​​​​​

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью