“İlk addımı sabah atacağımıza inanıram” Quima

22.07.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Zirə”nin futbolçuqu Quima Konfrans Liqasında sabah “Payde”yə (Estoniya) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi matçla bağlı bunları deyib:

“Təcrübəli komandaya qarşı oynayacağıq. Məsuliyyəti dərk edirik, bu oyuna yaxşı hazırlaşmışıq. Növbəti mərhələyə yüksəlmək istəyirik. İlk addımı sabah atacağımıza inanıram.

İstəyirik ki, bu matçda da qapımızı toxunulmaz saxlayaq. “Torpedo” ilə “Payde”nin oyununda oxşarlıqlar var. Məşqçilərimiz rəqibi təhlil edib. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Ayxan

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью